Xəbər verdiyimiz kimi, yeni mövsümdən Star Tv-də Zuhal Topalın aparıcılığı ilə olan evlilik verilişi yayımlanmayacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, ikinci qadağası qoyulan evlilik proqramı ATV-də yayımlanandır. Esra Erolunun aparıcılığı ilə efirə gedən verilişdən kanal özü imtina edib. Lakin Esra Zuhaldan fərqli olaraq kanaldan çıxarılmayıb.
Yeni mövsümdə həftə içi beş gün, eyni saatda Erolun aparıcılığı ilə ATV-də sosial proqram göstəriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Radio və Televiziya verilişləri üst qurumu (RTÜK) evlilik verilişlərinin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, həmin proqramlar yeni mövsümdə başqa formatda olacaq. Ötən mövsümdəki kimi evlilik proqramları hazırlayanlara isə ağır cəzalar veriləcək.