Gəncədə arvadını və qayınanasını döyüb hadisə yerindən başqasının avtomobili ilə qaçan şəxs tutulub.
Unikal.org xəbər verir kİ, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış - Tərtər rayon sakini Nizami Əliyevə məxsus "Ford markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb və gedib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.