Türkiyənin məşhur aparıcı-aktyoru Vatan Şaşmazın hadisə baş verən gün otelə girən zaman təhlükəsizlik kameralarından çəkilən görüntüləri yayılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən videoda V.Şaşmaz otelə və otağa daxil olduğu aydın görünür.
Qeyd edək ki, ötən gecə Vatan Şamazı otel otağında keçmiş sevgilisi Filiz Akar silahla öldürüb.