"Beni böyle sev serialının aktyoru Güven Kıraç 5 gündür ki, xəstəxanadadır.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, 57 yaşlı aktyor dostu Erkan Can ilə Kubada istirahətdə olarkən zəhərlənib.
Restoranlardan birində nahar edən Güven sonradan özünü narahat hiss edib və xəstəxanaya çatdırılıb.
Onun "tifo xəstəliyinə (sudan və qidadan keçən bakteriya) tutulduğu bildirilib.