Sentyabrın 1-də Qurban Bayramı qeyd ediləcək.

Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək.

Bəs şou-biznes cameəsindən kimlər qurban kəsəcək?

Unikal.org bununla bağlı kiçik sorğu keçirib.

Əməkdar Artist Baloğlan Əşrəfov deyib ki, rayonda hər il yığışıb qurban kəsirlə: Mən doğulandan elə bir il olmayıb ki, biz qurban kəsməyək.

Xalq Artisti Zöhrə Abdullayeva: "Qurban Bayramını oğlum və gəlinimlə birgə keçirəcəyəm. Sabah qoyun alıb bağ evimizdə qurban kəsəcəyik. Bu paydan imkansız insanlara da verəcəyik. Hər il olduğu kimi bu il də Bakıda yerləşən uşaq evlərinə də gedəcəyik. Aparacağımız yemək içməyi gəlinimlə özüm hazırlayacağam. Mən belə olan halda rahatlıq tapıram. Bilirəm ki, o kimsəsiz balaların qarnı doyur.

Xalq Artisti Nazpəri Dostəliyeva: "Qurban Bayramı müqəddəs bayramdır. Şükürlər olsun ki, bu gün biz müstəqil respublikada yaşayırıq. Sovetlər dövründə bu bayramlar qadağan olunmuşdu. Sözsüz ki, mən də qurban kəsəcəyəm. Elə bir il olmayıb ki, mən qurban kəsməyim.

Xalq Artisti Niyaməddin Musayev: "Yəqin ki, mən də qurban kəsəcəm. Hər il biz qurban kəsirik.

Xalq Artisti Bilal Əliyev: "Hər il olduğun kimi bu il də atamın evində qurban kəsib qonşulara, qohumlara, kasıb ailələrə paylayacağıq. Mən gənc olanda anam qurban kəsirdi. Sonradan mənim əlim çörəyə çatandan sonra mən qurban kəsirəm.

Manaf Ağayev: "Qurban kəsəcəm. Mən hər il Qurban Bayramında qurban kəsirəm. Elə bir olmayıb ki, qurban kəsməyim. Bu qayda qanundu, ildə bir dəfə olur.

Mətanət Əsədova: "Hər il qurban kəsirəm. Bu il də qurban kəsib paylayacağam".

Rəşad İlyasov: "Qurban kəsməyəndə ət alıb imkansız insanlara paylayıram. Bu il qurban kəsəcəm. Bəzi insanlar var ki, qurban kəsib ailəliklə oturub yeyib-içirlər. Hesab edirəm ki, bu düzgün deyil. Qurban əti kasıb, imkansız ailələrə verilməlidir