Rusiyanın xalq artisti, "Qorxma, mən səninləyəm!" filmi ilə məşhur olan Muxtarbey Kantemirov vəfat edib.

Unikal.org xəbər verir ki, aktyor bu gün 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Kantemirov 1934-cü il fevralın 18-də peşəkar sirk ustalarının ailəsində anadan olub. Onun atası Rusiyanda "Osetiya cigitləri" adlı at sirkinin əsasını qoyan Ali-Bek Kantemirov olub.
Aktyor həm də "Kaskadyor" atçılıq teatrının bədii rəhbəri işləyib.

O həmçinin "Tam təchizatlı qaçış", "Qorxma, mən səninləyəm! 1919" filmlərində də çəkilib. Ömrünün son illərdində M.Kantemirov Moskvada yaşayıb.