Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan 11 nəfərin şəxsiyyəti və qəzanın səbəbi məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, qəza 198 saylı marşrut avtobus sürücüsünün telefonla danışdığı üçün qarşısında gedən 173 saylı sərnişin avtobusuna arxadan çırpılması nəticəsində baş verib.
Xəsarət alanlardan biri körpədir. 
Siyahı:
1987-ci il təvəllüdlü Hüseynova Gülanə
1987-ci il təvəllüdlü Hüseynov Rauf
1952-ci təvəllüdlü Əliyev Nurəddin
1965-ci il təvəllüdlü Bayramov Vidadi
1971-ci il təvəllüdlü Mehdiyev Sahib (Vəziyyəti olduqca ağırdır)
1995-ci il təvəllüdlü İsgəndərli Günel
1970-ci il təvəllüdlü İsmayılov Binnət
1960-cı il təvəllüdlü Səmədova Gülzar
1996-ci il təvəllüdlü Hüseynov Mahir
2003-cü il təvəllüdlü Xalıqov Fərhad Zəkulla oğlu
2016-cı il təvəllüdlü Hüseynli Həsən Rauf oğlu
Yaralılardan 9 nəfəri artıq evə buraxılıb. Üç nəfər - Sahib Mehdiyev, yeniyetmə Xalıqov Fərhad Zəkulla oğlu və 1 yaşlı Hüseynli Həsən Rauf oğlu müalicəsini davam etdirir.

xxx

Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.