İngiltərəli model Cazz Eqqerə model agentliklərindən biri əxlaqsız təklif edib.

Unikal.org-un məlumatına görə, Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı modelə agentlik belə bir mesaj göndərib:
"Otellərdən birində yaraşıqlı iranlı aktyorla bir gecə keçir. Aktyorun adını buradan açıqlamırıq. Bir iki saat onunla danışıb, yeyib-içib, intim münasibətdə ol. Görüşə gözəl geyim və hündürdaban ayaqqabılarda get. Əvəzində 2 min dollar qazan.
Cazz isə cavabında bildirib ki, o, modeldir, fahişə deyil.
Eqqer agentlikdən gələn mesajı sosial şəbəkələrdə yayaraq onları tənqid edib.