Amerikalı aktyor Riçard Anderson dünyasını dəyişib.

Unikal.org-un "Associated Press"ə istinadən verdiyi məlumata görə, aktyor 91 yaşında vəfat edib.

Qeyd edək ki, 1970-ci illərdə karyerasına başlayan R. Anderson dünyada "6 milyon dollarlıq adam" və "Bionik qadın" serialları ilə məşhurlaşıb.