İngiltərədə içərisində 132 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə enişə keçərkən pilotsuz uçuş aparatı ilə toqquşub.

Unikal.org lent.az-a istinadən bildirir ki, Cenevrə-London marşrutu ilə uçan, "British Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Londondakı "Heatrow" hava limanına enərkən havada drona dəyib. Hadisə aprelin 17-də yerli vaxtla saat 12.50-də baş verib.
 
Təyyarə drona dəydikdən sonra silkələnsə də, normal eniş edə bilib. Polis hava limanı ərazisində dronu uçuran şəxsləri yaxalamaq üçün araşdırma aparır.