Prodüser Zöhrab Ağayev (Zorik) illər sonra yenidən müğənni Natavan Həbibidən üzr istəyib.

Unikal.org-un məlumatına görə, prodüser sosial şəbəkə vasitəsilə bunları yazıb:

"Bir zamanlar şeytan məni yoldan çıxartdı. Sənə qarşı düzgün olmadım, vəfasızlıq etdim. Hamının bu dünyada səhvi olur, heç kim deyə bilməz ki, mən idealam. Amma sən buna layiq xanım deyildin. Sən mənim üçün ailəmdən sonra tək və yeganə insansan. Nə yaxşı ki, hər şey geridə qaldı. Sən böyüklük edib hamımızı bağışladın. Sən böyük ürəyə sahib olan sənətkarımsan. Sadəcə bulud başımızdan gəldi-keçdi.
Natavan Zorikin barışıq addımına belə cavab verib:

"Əsas odur, buludlar birdəfəlik başımızın üstündən getsin. Sən demiş, ideal insane yoxdur. Amma sən həmişə mənə qarşı ideal olmusan, zəhmət olmasa, belə də ol. Kimlərsə gəlib-gedəndir. Doğma olan kəs həmişə doğmadır. Odur ki, həyat davam edir. Hər şey öz yerinə gəldi. Sənin yerin mənim yanımdır. Otur yerində-¦.

Xatırladaq ki, Zorik Natavanın milliyyətinin erməni olduğunu iddia etmiş, lakin məhkəməni uduzaraq ondan üzr istəmişdi.