Şəmkirdə 19 yaşlı oğlan döyülərək xəsarət alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon sakini 19 yaşlı Emin Qasımov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, E. Qasımov şüşə butulka ilə baş nahiyəsindən vurularaq xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.