Müğənni Keti Perri fevralda ayrıldığı aktyor Orlando Blumla birlikdə Kaliforniyada görüntülənib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, cütlük bahalı otellərdən birində otaq sifariş ediblər və zamanlarının çox hissəsini dəniz kənarında keçiriblər.

Keti və Orlando tanınmamaq üçün şlyapa və eynəkdən istifadə ediblər. Onların fotoları çimərlikdə istirahət edənlər tərəfindən çəkilib və sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, 8 aylıq ayrılıqdan sonra sonuncu dəfə 3 həftə əvvəl cütlük birlikdə Los-Ancelesdə Ed Şiranın konsertini izləyib. Konsert boyunca Keti ilə Orlando qucaqlaşıb, bir-birinə sarılıb və öpüşüblər.

Bu yaxınlarda da isə barışıq xəbərinə münasibət bildirən Perri Blumla birlikdə olmadığını bildirib.

Qeyd edək ki, cütlük cəmi 10 ay sevgili olub. İddiaya görə, onların ayrılmasına səbəb kimi Ketinin ailə qurmaq və uşaq sahibi olmaq istəməsi, Orlandonun isə buna razı olmadığı göstərilirdi.