Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM-də aparıcısı olduğu "Boomerang" səhər şousundan ayrılıb.
Unikal.org axşam.az-a istinadən bildirir ki, aparıcı açıqlamasında bildirib ki, buna səbəb telekanaldakı işlərinin çoxluğu olub:
"5 gəlin"də işlərim çox oldu. Həm də format dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin"də olacam.
Bir də sentyabrın 9-dan "Qız atası" serialımız başlayır. Tam fərqli və daha maraqlı olacaq".