"Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın heyranıyam. Düşünürəm ki, o xanım əsl gözəllik və incəlik simvoludur."
Unikal.org xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan türkiyəli müğənni Petek Dinçöz söyləyib.
Türkiyəli müğənni jurnalistlərə açıqlamasında onu da bildirib ki, ən böyük xəyalım Mehriban Əliyeva ilə qarşılaşmaq, bir məkanda olmaq və mümkün olarsa hətta şəxsən tanış olmaqdır.
Qeyd edək ki, ATV kanalının "Məlahətli söhbətlər" verilişində iştirak etmək üçün Bakıya gələn Petek Dinçöz mətbuat konfransında da iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.