Lənkəranda, Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində 16 yaşlı oğlan bıçaqlanıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Emil Tofiq oğlu Abdullayevi eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı yeniyetmə bıçaqlayıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. E.Abdullayevin vəziyyəti normaldır. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.