Ət, yağ və südün qiymətində son dövrlər artım müşahidə edilir.
Unikal.org bildirir ki, ötən illərlə müayisədə ətin 1 kiloqrama görə qiyməti 4-5 manat, yağın 3-4 manat, südün isə hər litrə görə qiyməti 10-30 qəpik bahalaşıb.
Satıcılar bahalaşmaya səbəb kimi bölgələrdəki qiymət artımını göstərir. Fermerlər isə bunu yemin qiymətinin bahalaşması ilə izah edirlər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirir ki, qiymət artımının fərqli-fərqli səbəbləri var:
"Ətin qiymətinin qaxamasının səbəbləri ondan ibarətdir ki, keçən il texniki bitkilərin əkilməsinə qərar verildikdən sonra əkin yerlərində sözügedən bitkilərin becərilməsinə başlanıldı. Bu da yem bazasının azalmasına səbəb oldu. Yem bazası azalırsa, təbii ki, qiymət qalxır. Yemin qiymətinin qalxması ətin qiymətinin qalxmasına səbəb olur. Eyni zamanda, Azərbaycanda qida istehlakı ilə bağlı artım müşahidə olunur. Ölkəmizdə ət istehsalı əvəzinə istehlakçı artıb. Çünki ölkəyə daha çox turist gəlməyə başlayıb. Keçən ilə nisbətən bu il ölkəmizə gələn turistlərin sayında ciddi artım var. Bunun nəticəsi olaraq istehlak artıb. Yəni, həm yem bazasının azalması, həm də istehlakın artması ətin qiymətinə təsir göstərib.
İqtisadçı əlavə etdi ki, yağın qiymətinin artması ilə bağlı başqa problemlər var:
"Azərbaycanda xaricdən gtirilən kərə yaxğı dominantlıq təşkil edir. Son dövrlər Avropa və Amerika bazarlarında müxtəlif səbələrdən süd məhsulları azalıb. Süd məhsullarının azalması nəticəsində yağın qiyməti son 2 ayda bahalaşıb. Xüsusilə, Avrozonadan gətirilən yağın qiymətində ciddi artımlar yaşanıb. Çünki Azərbaycanda avro manata nəzərən ilin əvvəlindən 15 faiz bahalaşıb. Bu da yağın qiymətinin artmasına səbəb olub. Süd məhsulları da birbaşa yağla əlaqələi olduğu üçün bahalaşıb. Təəssüflər olsun ki, hazırda bahalaşma davam edir. Və qış aylarına yaxın, əsasən də yeni il qabağı bu tipli məhsullar, əsasən də ətin qiymətində növbəti artımların olması ehtimalı yüksəkdir.