"Lider televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovaya yeni vəzifə verilib.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.O, bu gündən etibarən kanalda vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, L.Ələkbərova 22 ildir televiziya sahəsində çalışır. O, ilk addımlarını dövlət televiziyası olan AzTV-də atıb və 11 il orada çalışdıqdan sonra "Lider TVdə işə başlayıb. L.Ələkbərova "Lider TVdə də 11 il çalışıb. O, "Həyat tərzi verilişinin müəllifi və aparıcısı olub.