Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə dəyişiklik edib.
Unikal.org-un report-a istinadən məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb.
"Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamənin altıncı hissəsinə edilmiş dəyişikliyə əsasən ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürüləcək.