Telejurnalist Xoşqədəm Baxşəliyeva həkim səriştəsizliyindən şikayətlənib.

Unikal.org xəbər verir ki, o, bu barədə aparıcı "Instagram" səhifəsində yazıb.

"Aylardır, diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdim, "problem yoxdur, soyuq nəsə içmisən" deyirdi. Dünən çəkilişdə dişim elə ağrıdı ki, işimi yarımçıq qoyub dostumun məsləhət gördüyü həkimə müraciət etdim. Getdim və qarşılaşdığım o dəhşətli görüntü fotodadır. Baxın!

Bir çox imkanlı, tanınan insanın üz tutduğu həkim illər öncə mənim dişimi müalicə edərkən alət qırılır və diş kökündə qalır. Ağrı verməyi bir yana, dişin dibində bir neçə aya yaranmış o kista və sinirə doğru böyüməsi və s. Vahiməli nəticəni düşünün..