Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün oğluna toy edib.
Unikal.org-un azxeber.com-a istinadən məlumatına görə, nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub. Bilgah Beach Hoteldə baş tutan toyu teleaparıcı Kamilə Babayeva idarə edib. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər.
Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak edib. Həmçinin mərasimdə səhiyyə işçiləri və yüksək vəzifəli məmurlar, nazirlər da iştirak edib.