Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərin toyuna hazırlaşır.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, müğənni "Lider maqazin"in "Toy mediaya qapalı olacaq" sualına belə cavab verib:
"Bu saat beynimdə ancaq toydur. Ülkərin toyuna hazırlaşıram. Qızımın şəxsi işidir, onun günüdür. Necə istəsə, elə olacaq. Onun işlərinə qarışmıram. Allah hamının işini avand eləsin. Toy günü bilinəcək, qapalıdır, ya necə".
Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı olan Enginlə ailə qurur. Onun xınası sentyabrın 18-də, toyu isə 20-da olacaq. Oktyabrda isə Ülkərin Antalyada oğlan toyu baş tutacaq.