Uzun illər Azərbaycan Dövlət Televiziyasında, daha sonra İctimai Televiziyada çalışmış əməkdar jurnalist Rafiq Nəbiyev vəfat edib.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, bu haqda mərhumun keçmiş iş yoldaşları bildiriblər.


Qeyd edək ki, Rafiq Nəbiyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun müddət illər Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətində Koordinasiya və Proqram direktorluğunun direktoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin...