Mərkəzi Bankın Kommunikasiya departamenti, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ATV-nin keçmiş aparıcısı Namiq Əliyev əməliyyat olunub.
Bu barədə Unikal.org-a özü məlumat verib. N.Əliyev deyib ki, bir neçə gün əvvəl soyuqdəymə ilə həkimə müraciət edib kor bağırsağında ciddi problem olduğu ortaya çıxıb: "Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Əks halda həyatın təhlükədədir. Həmin gün axşam saatlarında ağrılarım şiddətləndiyindən özəl xəstəxanaların birində əməliyyat olundum. Bu gün xəstəxanadan evə buraxılmışam. Tədricən hərəkət etməyə başlayıram. Heç ağlıma gəlməzdi ki, mən nə vaxtsa bıçaq altına girəcəm. Şükürlər olsun ki, səhhətimdə irəliləyiş var. Tikişim bu gün söküləcək".