Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun 2 illik evliliyi rəsmən bitib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,daha öncə məhkəmə prosesinin vaxtı sentyabrın 15-ə təyin edilsə də, Murad və Merve məhkəməyə müraciət edərək tarixi 11 sentyabra keçiriblər.
Bununla da cütlük bu gün rəsmən boşanıb.
Qeyd edək ki, ayrılığa səbəb olan hadisə Çeşmədə yaşanıb. Belə ki, Çeşmə gəzintisi zamanı cütlük dava edib. Murad tək küçəyə çıxıb. Elə hər şey də bundan sonra baş verib. Eser Yenenler Muradı sakitləşmək üçün Çeşmədəki evinə dəvət edib. Eser evə qız dostlarını da çağırıb. Muradın sarışın bir xanımla eyni masada oturmasını jurnalistlər lentə alıb. Amma nədənsə şəkil heç yerdə yayılmayıb. Hadisədən xəbər tutan Merve Dalkılıçla dava edib.