Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi "VAZ-2106 və Rac Əliyevin idarə etdiyi "Daewoo markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.