Bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq və Londonda nüfuzlu "Çelsi" klubu ilə qarşılaşacaq.
Oyunla bağlı yenidən sosial mediada istifadəçilər maraqlı sözlər verməyə davam edir.
Türkiyədə qatıldığı evlilik proqramı ilə məşhurlaşan model Naz Mila bu dəfə də verdiyi qeyri-adi vədi ilə hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, o, GoldNews.Az-a açıqlamasında "Qarabağ"ın qalib gələcəyi təqdirdə, ombasına qol vuran futbolçunun imzasını döymə etdirəcəyini bildirib.
"Həmin futbolçunun imzasını ombama döymə etdirəcəm".
Qeyd edək ki, o, daha əvvəl "Qarabağ" - "Kopenhagen" qarşılaşmasında klubumuz qalib gələcəyi təqdirdə, qol vuran oyunçunu İstanbulun ən lüks otelində qonaq edəcəyini və ən bahalı avtomobili istifadəsinə verəcəyini bildirib.