Xalq artisti Flora Kərimova illərdir yaxşı münasibətdə olmadığı Əməkdar artist Röya Ayxan haqqında xoş fikirlər səsləndirib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Röyanın heç vaxt sənətkar olmayacağını dəfələrlə vurğulayan F.Kərimova bu dəfə fikirlərini müsbət yöndə dəyişib. O, müğənninin öz yerini tapdığını və addımlarını dəstəklədiyini bildirib:
"Mənim Röyaya iradım onun sənətinə görə olmayıb. Sənətə iradı təkbətək deyə bilərəm. Röyanın "Mənim keçmiş şəkillərimi pozun çağırışını dəstəkləyirəm, onu alqışlayıram. Öz yerini yavaş-yavaş tapır. Oğul anasıdır. Bir sənətçidən öncə insanları Röyanın analıq hissinə hörmət etməyə çağırıram. Çünki bu dünyada ən ülvi hiss və uca yer ana olmaqdır. Ona sənət yolunda uğurlar arzu edirəm.
Qeyd edək ki, F.Kərimova və Röya arasında soyuq münasibətlər illərdir davam edir. Röya Ayxan isə Xalq artistinin son açıqlamalarına münasibət bildirməyərək, susmağı üstün tutur.