Tanınmış meyxanaçı Ağakərimin (Kərim Novruzov) beyninə qan sızması barədə xəbər verilmişdi. O, bir neçə gün xəstəxanada müalicə olundu.
Unikal.org-un əməkdaşı Ağakərimin özü ilə əlaqə saxlayıb. O, hazırda müalicəsinin davam etdiyini deyib: "Əhvalım yaxşı deyil. Müayinə və müalicəm davam edir. Hərdən məclislərdə iştirak edirəm. Ümumilikdə səhhətim normaldır".