"İrəvan teatrında həqiqətən qalmaqal yaşanıb.
Unikal.org xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev teatrda baş verən davadan danışarkən deyib. O, davanın aktyor Elçin Hacılı tərəfindən yarandığını deyib:
"Mən səhər tezdən icra hakimiyyətində, sonra isə Mədəniyyət və Turizm Nazirliyində olmuşam. Teatra gələndə baxdım ki, burada doğrudan da insident baş verib. Elçin Hacılı əməkdaşlardan birini söyüb. Sən demə o, vaxti ilə telefonda həmin əməkdaşa təhqiredici ifadələr yazıb. Buna görə qadınlar Elçini tənbeh edib. Elçin də bunun qarşılığında teatrın əməkdaşlarını söyüb. Nəticədə teatrın əməkdaşı Sevinc Hüseynovanın halı pisləşib.
İftixar Priyev teatra həqiqətən də Təcili Yardım gəldiyini təsdiqləyib. Amma Elçinin təhqir etdiyi Sevinc Hüseynova üçün. " Həkimlər ona iynə vurub, vəziyyətinin necə olacağı zamana bağlı. Mən də gələn kimi iclas çağırdım. Hərəsi öz arqumentini ortaya qoyub. Hazırda baş verən insidenti araşdırmağa çalışıram.
Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrında insident baş verib. Teatrın aktyoru Elçin Hacılı "ölkə.az"-a texniki işçiləri tərəfindən döyüldüyünü və baş verənlərə görə, direktorun üstünə Təcili Yardım çağrıldığını deyib.