Dünyaca məşhur gənc ifaçı Selena Qomez ağır əməliyyat keçirib.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, müğənni bu barədə İnstgaram hesabında paylaşım edib.25 yaşlı ifaçı əməliyyat masasında fotosunu yayıb. Bir neçə il əvvəl həkimlər Selenada "qırmızı qurd eşənəyi" xəstəliyi aşkar ediblər. Transplantasiya üçün böyrəyi 29 yaşlı aktrisa Fransiya Rays bağışlayıb."Mən bilirəm ki, fanatlarımın çoxu bu yay mənim hansı səbəbdən geniş ictimaiyyət qarşısına çıxmadığım haqqında düşünüblər. Xəstəliyim səbəbindən, mənə yeni böyrək lazım idi. Mən ailəmə və möhtəşəm həkim komandasına əməliyyatdan öncə və sonra etdiklərinə görə minnətdarlığımı bildirirəm. Nəhayət, rəfiqəm Fransiyaya necə təşəkkür edəcəyimi təsəvvür etmirəm. O, mənə öz böyrəyini qurban etdi! Mən səni sevirəm, sən mənim bacımsan. " ,- Selena belə yazıb.