Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər.
Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb.