Abşeronda avtomobil aşıb, sürücü ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, dostuna məxsus "Opel" markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Mehdizadə Fərman Yaşar oğlu idarəetməsində olan nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, sürücü baş və bədən nahiyələrindən xəsarət alaraq ölüb.

Faktla bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.