"Rabitəbank" "Neftçilər günü" peşə bayramı ilə əlaqədar olaraq güzəştli kredit kampaniyası elan edir. Sentyabr ayının 30-dək bütün neft şirkəti əməkdaşları Nağd Pul krediti məhsulunu sərfəli şərtlərlə əldə edəcəklər.
Kampaniya müddətində "Nağd pul" istehlak krediti məhsulu çərçivəsində 10000 manatadək kredit 2 il müddətədək və xüsusi endirimli şərtlərlə veriləcəkdir. Neft şirkətində çalışan, 6 ay-10 ilədək iş stajı olan şəxslər kreditlərə 2%, 10-20 ilədək iş stajı olan şəxslər 4% və 20 ildən çox iş stajı olan şəxslər isə 6% endirim əldə edəcəklər. Kreditin maksimal məbləği 10000 AZN-dir.
Güzəştli "Nağd pul" kreditini "Rabitəbank"ın baş ofisindən və bütün filiallarından əldə etmək olar.
1993-cü ildə yaradılan "Rabitəbank" ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək, ölkənin iri bankları arasında öz mövqeyini qoruyub-saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla, ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.