"Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. 2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatlı 3 dəfədən çox inkişaf edib, 1 milyon 600 min iş yeri yaradılıb. Ölkədə işsizliyin səviyyəsi 5-6 faizdir ki, bu da dünyada ən aşağı işsizlik göstəricilərindəndir".
Unikal.org-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib. Dövlət başçısının sözlərinə görə, əsas prioritetlərdən biri yoxsulluğun aşağı salınması olub. "2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı idi. İndi isə bu rəqəm 5-6 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsuldan 20 faiz aşağıdır. Davos forumuna bağlı Beynəlxalq rəqabətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərdə 136 ölkə arasında 37-ci yeri tutub", - deyə Azərbaycan prezidenti vurğulayıb.