UEFA bu gün 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.
Unikal.org-un məlumatına görə, Çempionlar Liqasının finalı Madriddəki "Vanda Metropolitano arenasına, Avropa Liqasının həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı "Vodafon Park Arenada keçiriləcək.
Qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib.
UEFA-nın saytında yer alan məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.
xxx
Bu gün bütün Avropanın diqqəti İsveçrəyə yönəlib.
Unikal.org-un apasport-a istinadən məlumatına görə, qurumun XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub.
UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın nümayəndələrinin iştirak etdiyi Konqres Cenevrənin "Prezident Vilson otelində baş tutub. Lakin Azərbaycan üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib.
Bir sıra vacib məsələlərin müzakirəsini aparan komitə üzvləri 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına hansı stadionların ev sahibliyi edəcəyini də müəyyənləşdirib. Bakı Olimpiya Stadionunun da namizəd olduğu qitənin ən mötəbər klub turnirindəki rəqabətdə Madridin "Vanda Metropolitano stadionu qalib gəlib.
Əvəzində həmin il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.