İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Unikal.org xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.
Hazırda onun vəziyyəti normal qiymətləndirilir.
11:33
Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Jurnalist bu gün əməliyyat olunacaq.