Dünyanın ən zəngin qadını, "L'Oreal" korporasiyasının sahiblərindən biri Lilian Betankur vəfat edib.
Unikal.org Reuters-ə istinadən bildirir ki, fransız biznes-ledinin 94 yaşı vardı.
Forbes jurnalının tərtib etdiyi "Dünyanın ən zəəngin insanları" reytinqində L.Betankur 14-cü yeri tutmuşdu.
Onun 44,7 milyard dollarlıq varidatı vardı.