Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 50,66 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar artaraq 56,86 dollar təşkil edib.