Azərbaycanda son 5-6 il ərzində reket jurnalistika ilə məşğul olan insanların sayı çoxalıb.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
"Reket jurnalistika ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir. Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə onların qarşısı alınır", - deyə o bildirib.