Dünya birjalarında neft bahalaşıb.
Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,99% artaraq 51,67 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,5% artaraq 58,28 dollar olub.
Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti yanvarın 3-dən etibarən ilk dəfə olaraq 58 dolları ötüb.