SOCAR üzrə müəssisə və təşkilatlar daxil olmaqla, 1 yanvar 2017-ci il tarixinədək işçilərin faktiki sayı 50735 nəfər təşkil edir.

Unikal.org SOCAR-ın 2016-cı il üzrə illik hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində SOCAR-a 3009 nəfər işə qəbul edilib. Onlardan 1089 nəfəri SOCAR-ın müəssisələrində işləyən, 1920 nəfəri isə kənardan işə qəbul olunan işçilərdir. İşə qəbul edilənlərdən 2 nəfərə ilk iş yeri olduğuna görə əmək kitabçası açılıb.

Həmin müddət ərzində 4376 nəfər işdən azad olunub.

01.01.2017-ci il tarixinədək SOCAR-da işləyənlərdən 5981 nəfəri rəhbər işçi, 9398 nəfər mütəxəssis, 279 nəfər texniki icraçı və 35077 nəfər fəhlədir. O cümlədən 8532 nəfəri qadın, 188 nəfəri təqaüdçü, 16587 nəfəri ali təhsillidir. 2016-cı il ərzində vəzifəyə təyin olunma ilə əlaqədar SOCAR-ın prezidenti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən 115 əmək müqaviləsi bağlanıb. Həmin müddət ərzində 1168 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

01.01.2016 - 01.01.2017-ci il dövrü ərzində SOCAR üzrə işçilərin sayı 1369 nəfər azalaraq 01.01.2017-ci il tarixinədək 50735 nəfər təşkil edib. İşçilərin sayının azalması struktur islahatlarının aparılması və müəssisələrdə işçilərin sayının optimallaşdırılması ilə əlaqədardır. Həmin dövr ərzində 4376 nəfər işdən azad olunub. 4376 nəfər işdən azad olunanlardan 2505 nəfərin işdən azad olunması işçinin təşəbbüsü və SOCAR-da struktur dəyişikliyi nəticəsində müəssisələrarası yerdəyişmə səbəbindən olduğunu nəzərə alaraq hesabat ilində əmək müqavilələrinə xitam verilənlərin sayı 1871 nəfər təşkil edir. İşdən azad olunanlardan 716 nəfər təqaüd yaşına görə, 425 nəfərin iş yerlərinin sərbəstləşdirilməsi, 189 nəfərin vəfat etməsi, 5 nəfərin hərbi xidmətə getməsi, 453 nəfərin əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar, 83 nəfər əlilliyə görə (səhhəti ilə əlaqədar) işdən azad olunub. Beləliklə, 2016-cı il ərzində SOCAR üzrə kadr axımı 5,1% təşkil edib. 2016-cı il ərzində SOCAR-ın müəssisələrinə 3009 nəfər işə qəbul olunub. O cümlədən, 1089 nəfər şirkətdaxili yerdəyişmə ilə əlaqədar və 1920 nəfər kənardan işə qəbul olunanlardır.