Azərbaycan Hava Yollarına məxsus 10 sərnişin təyyarəsinin mətbəxi yenidən qurulacaq.

Unikal.org xəbər verir ki, Türk Hava yollarına məxsus Turkish Cabin İnterior (TAI) şirkəti Azərbaycan Hava yolları arasında razılaşmaya əsasən şirkətin 10 ədəd Boeing 737-MAX8 tipli təyyarə kabinəsinin mətbəxi yenidən qurulacaq. Bunun üçün TAI müasir tipli mətbəx mebeli yığır.

Mövzuyla əlaqədar olaraq Türk Hava Yolları mətbuat müşavirliyindən bildirilib ki, artıq 8 təyyarənin mətbəxinin yenidən qurulması ilə bağlı razılıq əldə edilib. 2018-ci ilin noyabr ayına kimi, 1 təyyarədə bu mətbəx qurulacaq.