Xəbər verdiyimiz kimi, axşam saatlarında metronun vaqonları tuneldə yağış suyuna tuş gəlib. Belə ki, metronun Nəriman Nərimanov stansiyasından Gənclik stansiyasına keçid tunelində yağış suları vaqonların içinə axmağa başlayıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Unikal.org-a açıqlama verib:
"Gənclik və Nərimanov stansiyaları arasında yerin üst hissəsində yağış suları toplanıb. Hansı ki həmin ərazi torpaqdı, asfalt deyil. Orada yığılan su yerə axıb. Oradan da tunelə sızma verib. Əməkdaşlarımız axıntını müəyyən edib aradan qaldırıblar. Söhbət subasmadan getmir, sızıntıdan gedir. Tuneldə hər zaman axıntı olur. Bu normal haldır. Sadəcə bu dəfə üstdən olub və bu sərnişin tərəfindən müşahidə edilib. Yəni qorxulu bir şey yoxdur.