Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs xəbəri yayılıb. Bu bardə Lider Tv-də yayımlanan "Bu bizik verilişinin aparıcı deyib. Onun sözlərinə görə, Leylanı əməliyyat edən əslən iranlı Siruz Qoçxani aparılan araşdırmalardan sonra həbs olunub.
Məsələ ilə bağlı Unikal.org-a Sirus Qoçxani açıqlma verib və o, yayılan məlumatı təkzib edib:
"Məsələdən xəbərdaram. Bu yanlış informasiyadır. Artıq vəkilimlə bu barədə danışmışam. Lider Tv təkzib verməsə onları məhkəməyə verəcəm.
Sirus Qoçxani əməliyyatdan sonara dünyasın dəyişən model Leyla Oruclu ilə bağlı istintaq işinin yekunlaşdığını da deyib:
"Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, Leyla Oruclu həkim səhlənkarlığı səbəbindən deyil, səhətində yaranmış nasazlıq səbəbindən dünyasın dəyişib. Artıq prokurorluq və ekspertiza da qərar verib ki, burada həkim səhvi yoxdur. ".
Xatırladaq ki, Bakıda model qız estetik əməliyyatı zamanı ölüb. Əməliyyat həkim Siruz Qoçxani tərəfindən icra olunub. Hadisə "Zəfəran Hospital"da baş verib. Həkim bildirib ki, Leyla Oruclu iyunun 22-də 16:00-da əməliyyata alınıb. Əməliyyat saat 18:00-da yekunlaşıb və palataya köçürülüb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyindən reanimasiyaya köçürülüb. Leyla 25 iyun tarxində saat 11:00 radələrində pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib.
Amid Əyyuboğlu