Prezident İlham Əliyev Kamal Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamıyla isə Alla Vəzirova Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.