Rusiyanın Oryol şəhərinin təhsil departamentində böyük qalmaqal yaşanır. Şəhər məktəblərindən birinin 54 yaşlı qadın müəlliminin sosial şəbəkələrdə çılpaq, əxlaqsız fotoları yayılıb.
Unikal.org milli.az-a istinadən bildirir ki, həmin müəllim Veronika Z.-dir. 
"Bu fotolardakı həqiqətən mənəm. Amma onları heç yerdə yaymamışam, paylaşmamışam. Özüm üçün çəkmişəm. Bu fotosessiyanı kimsə internetdə yayıb. Düşünürəm ki, sabiq şagird qızlardan biridir", - Veronika Z. deyib.
Qalmaqal başlayan kimi o, 28 ildən bəri işlədiyi məktəbdən kənarlaşdırılıb.
"İttihamlardan bezdim və öz ərizəmlə işdən çıxdım. Fotoların sosial şəbəkələrə necə düşdüyünü araşdırmaq üçün hüquqşünaslarla məsləhətləşəcəyəm", - əxlaqsız fotoları yayılan qadın müəllim deyib.