Bu ilin yanvarın əvvəlindən "yenidənqurma" işləri ilə fəaliyyəti dayandırılan ATV.az saytı yenidən fəaliyyətini bərpa edib.

Unikal.org-un xəbərinə görə, sayti fəaliyyəti dünəndən bərpa olunub.

Artıq kanalın bir sıra əməkdaşları saytda işləməyə təyinat alıb.

Qeyd edək ki, sentyabrın 26-da Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub. Onun yerinə "CBC telekanalının rəhbəri Azər Xəlilov təyin edilib.