"Şam Dede adlı dilək ağacı bir insanın ehtiyatsızlığının qurbanı olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çorumun Palabıyık kəndində baş verib. Belə ki, bir kişi şam yandıraraq öz arzusunu ağacdan diləyib. Diqqətsizlik edək kənd sakini sonda ağacı yandırıb.

Kənd camaatı tərəfindən müqəddəs sayılan 800 yaşlı ağacın bir hissəsi yanıb. Sözügedən ağacın ətrafında pirlərin də olduğuna inanılır.

Qeyd edək ki, yanğın kəndlilər tərəfindən söndürülüb, istintaqa başlanılıb.