"İran mülki əhaliyə və İsrailin Beer-Şeba şəhərindəki xəstəxanaya raket zərbələri endirməsinə görə cavab verəcək".

"Unikal" xəbər verir ki,  bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.  

"Biz Tehrandakı tiranlardan tam qiyməti tələb edəcəyik",- deyə siyasətçi sosial şəbəkə hesabında yazıb 

İyunun 19-da səhər saatlarında İran İsrailə 20-yə yaxın raket zərbəsi endirib, onlardan bəziləri Təl-Əviv və onun ətrafında yerləşən yaşayış məntəqələrinə düşüb. Raketlərdən biri ölkənin cənubundakı Beer-Şeba şəhərindəki Soroka xəstəxanasına  düşüb.

İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək “Am Kelavi” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Gülayə Mecid